“Neftçi” İdman Klubunun daha bir təmsilçisi paralimpiya çempionu olub. Paraatletimiz Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib olub. İdmançımız uzunluğa tullanma növündə 7,29 metr nəticə göstərərək bu nailiyyəti qazanıb.