“Neftçi” İdman Klubunun boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb. Səksən kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız 1/8 final mərhələsində misirli Abdelrahman Abdelcavvadla üz-üzə gəlib. Rəqibinə qalib gələn boksçumuz 1/4 finala yüksəlib. Murad Allahverdiyev bu mərhələdə qazaxıstanlı Nurbek Oralbayla qarşılaşacaq.Qeyd edək ki, həmin görüş avqustun 2-də baş tutacaq.