“Neftçi” İdman Klubunun parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən Qran-pri turnirində uğurlu çıxış edib. Səksən kiloqram çəki dərəcəsində (K-44 kateqoriyası) qüvvəsini sınayan paralimpiyaçımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.