Bu gün Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatının sonuncu günündə “Neftçi” İdman Klubunun 80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçisi Əbülfəz Abuzərli dayanq üzərinə çıxıb. Dörddəbir finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmçilsisi Jozef Leyni (12:3) məğlub edən paralimpiyaçımızın finalda rəqibi cənubi koreyalı Jeonq Joo olub. Həlledici görüşdə məğlub olan (7:15) idmançımız qitə çempionatının gümüş medalına layiq görülüb.
Qeyd edək ki, daha əvvəl klubumuzun digər təmsilçisi İmaməddin Xəlilov Avropa çempionatının qızıl medalına yiyələnmişdi.