“Neftçi” İdman Klubunun parataekvondoçuları Çinin Taiyan şəhərində keçirilən “Prezident Kuboku” turnirində 2 medala sahib olublar. K44 kateqoriyasında çıxış edən təmsilçilərimizdən İmaməddin Xəlilov (70 kq) finala yüksəlsə də, zədə səbəbindən həlledici görüşə çıxmayıb və yarışın gümüş medalına layiq görülüb. Digər idmançımız Sabir Zeynalov (58 kq) isə turniri üçüncü pillədə başa vurub.
Qeyd edək ki, yarış Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.