“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalına layiq görülüb. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız üçüncü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib. Rəqibi üzərində 9:0 hesabı ilə qələbə qazanan Nihad Quluzadə fəxri kürsünün üçüncü pilləsində yer alıb.