“Neftçi” İdman Klubunun üç yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında böyük əzmkarlıq nümayiş etdirərək qızıl medala sahib olub. Həlledici final qarşılaşmasında Eldəniz Əzizli (55 kq) iranlı Poya Marza,Nihat Məmmədli (63 kq) qazaxıstanlı Yerjet Jarlikassinə, Ülvü Qənizadə (72 kq) isə fransalı İbrahim Qanemə qalib gələrək dünya çempionu olublar.

Qeyd edək ki, Eldəniz Əzizli bununla da Azərbaycanın güləş üzrə ilk dördqat dünya çempionu kimi adını tarixə yazdırıb.