“Neftçi” İdman Klubunun parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medala sahib olub. K44 kateqoriyasında mübarizə aparan idmançımız həlledici finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb. Rəqibinə qalib gələn təmsilçimiz paralimpiya çempionu olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun digər parataekvondoçusu Sabir Zeynalov (58 kq) mötəbər yarışın bürünc medalını qazanıb.
Qeyd edək ki, Paris Paralimpiadasına sentyabrın 8-də yekun vurulacaq.