“Neftçi” İdman Klubunun təmsilçisi, paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib.
O, həmçinin dünya reytinqinin hazırkı lideridir. Parataekvondoçuya mükafat Honkonqda keçirilən qala gecədə təqdim olunub.
Qeyd edək ki, İmaməddin Xəlilov bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.