“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya birinciliyini 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Təmsilçilərimizdən Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada qırğızıstanlı Omurbek Uluya 1:5 hesabı ilə məğlub olan Hüseyn İsmayılov gümüş medala sahib olub.
Klubun digər yetirməsi Hüseyn Hüseynov (55 kq) isə dünya birinciliyini üçüncü pillədə başa vurub.