“Neftçi” İdman Klubunun Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçusu Hidayət Heydərov və digər qızıl medalçı Zelim Kotsoyev (100 kq) Vətənə qayıdıblar.
Olimpiya çempionların Heydər Əliyev Beynəlxalq Aeroportunda “Neftçi” İdman Klubunun və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.