“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında üçüncü medalını qazanıb. Paralimpiyaçımız 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulla üzmə yarışında bürünc mükafata layiq görülüb. O, finişə 58.13 saniyəyə çatmaqla buna nail olub.
Xatırladaq ki, Raman Saley daha əvvəl nüfuzlu yarışda gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) medala sahib olub.