“Neftçi” İdman Klubunun paracüdoçusu İlham Zəkiyev (+90 kq, J1 kateqoriyası) Fransada təşkil olunan XVII Paris Yay Paralimpiya Oyunlarında bürünc medala yiyələnib. İkiqat paralimpiya çempionu üçüncü yer uğrunda qarşılaşmada monqolustanlı Qanbat Daştserenlə üz-üzə gəlib. Rəqibini məğlubiyyətə uğradan İlham Zəkiyev Paris Paralimpiadasının bürünc mükafatına sahib olub.