Fransanın paytaxtı Parisdə təşkil olunan XVII Yay Pralimpiya Oyunları davam edir.
“Neftçi” İdman Klubunun paraatleti, paralimpiya və dördqat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.76 saniyə göstərici ilə finiş xəttini birinci keçib və qızıl medala sahib olub.
İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.
Xatırladaq ki, daha əvvəl klubumuzun paralimpiyaçılarından İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medala yiyələnib.