
Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 33 il ötür.
Dəhşətli qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi ziyarət olunur, minlərlə insan abidənin önünə gül düzərək faciə qurbanlarının xatirəsini yad edir.
”Neftçi” İdman Klubunun rəhbərliyi və kollektivi də Xocalı soyqırımı abidəsini ziyarət edib. Klubun nümayəndələri abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini böyük ehtiramla anıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






