Serbiyanın Novi Sad şəhərində on yeddi yaşadək (U-17) güləşçilər arasında keçirilən Avropa birinciliyi başa çatıb. Yarışın sonuncu günlərində sərbəst güləşçilər xalça üzərinə çıxıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan sərbəst güləşçiləri turnirdə əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıblar. Təmsilçilərimizdən Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq Avropa çempionu tituluna sahib olublar. Yalnız həlledici final görüşündə məğlub olan Hüseyn İsmayılov (60 kq) gümüş, Hüseyn Hüseynov (55 kq) isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Nicat İsgəndərli (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer almışdı.