Bu gün Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda “Neftçi” İdman Klubunun 2013-2015-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli açıq birinciliyinə start verilib. Altı komandanın mübarizə apardığı turnir dairəvi sistem üzrə keçirilir. İyunun 28-dək davam edəcək yarışda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar “Neftçi” İdman Klubu tərəfindən kubok, diplom və medallarla mükafatlandırılacaq.