“Neftçi” İdman Klubunun paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medala yiyələnib. S12 kateqoriyasında çıxış edən idmançımız 100 metr məsafəyə arxasıüstə üzmədə fərqlənib. O, finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Xatırladaq ki, Raman Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin isə ikiqat qızıl mükafatçısıdır.
Qeyd edək ki, daha əvvəl klubumuzun parataekvonduçularından İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medal əldə edib.