Bu gün “Neftçi” İdman Klubunun idarəetmə aparatının əməkdaşları arasında 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş dama yarışı keçirilib. Klubun inzibati binasında təşkil olunan turnirdə iştirakçılar ilkin olaraq yarımqruplarda mübarizə aparıblar. Bu mərhələdə ilk iki yeri tutanlar çıxışlarını final mərhələsində davam etdiriblər.

Kişilər arasında Ceyhun Şirəliyev (İdman departamenti) bütün görüşləri qələbə ilə başa vurub və turnirin qalibi olub. Elbrus Yusibov (Maliyyə və mühasibat uçotu departamenti) ikinci, Sənan Məmmədov (Sosial İnkişaf İdarəsi) və Seymur Oruczadə (Sosial İnkişaf İdarəsi) isə üçüncü yeri tutublar.

Qadınların mübarizəsində Kəmalə Əliyeva (İdman departamenti) hamıdan güclü olub. Könül Əliyeva (Beynəlxalq əlaqələr və kommunikasiyalar departamenti) ikinci, Nərmin Seyidli (Sosial İnkişaf İdarəsi) və Mehriban Əsədova (Təsərrüfat və təmizlik departamenti) isə üçüncü pillədə qərarlaşıblar.

Qalib və mükafatçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov tərəfindən “Neftçi” İdman Klubunun diplomları təqdim olunub.