• Aprel 21, 2025
  • Redactor Neftchi
  • 0

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin oyunları (1/4 final) davam edir.
Bu gün Bakı İdman Sarayında “Neftçi” “Ordu” ilə cavab oyununa çıxıb. Rəqibini 88:54 hesabı ilə üstələyən komandamız yarımfinala vəsiqəni təmin edib.
Xatırladaq ki, tərəflər arasında reallaşan ilk görüşdə də təmsilçimiz qalib (93:84) gəlmişdi.
Qeyd edək ki, “Neftçi” yarımfinalda “Naxçıvan” – “Abşeron” cütünün qalibi ilə üz-üzə gələcək.