
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Bakı İdman Sarayında təşkil olunan yarımfinal görüşündə “Neftçi” “Abşeron”la üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin 97:93 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, seriyada iki qələbə qazanan komanda finala vəsiqə qazanacaq. Tərəflər arasında növbəti oyun aprelin 29-da keçiriləcək.


















