
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilib. “Neftçi” “Abşeron”la cavab görüşünə çıxıb. Bakı İdman Sarayında baş tutan matç gərgin və maraqlı mübarizə şəraitində keçib.
Qarşılaşmada təmsilçimiz rəqibini növbəti dəfə məğlub edib – 81:72. Xatırladaq ki, komandamız ilk oyunda da “Abşeron”a 97:93 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, “Neftçi” finalda “Sabah”la üz-üzə gələcək














