
Bakı İdman Sarayında 3×3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda ilk mərhələnin oyunları keçirilib.
Mərhələnin final qarşılaşmasında “Neftçi” və “RİOEUGİM 2” komandaları üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə rəqibinə məğlub olub (10:21) və ikinci yeri tutub.
Qeyd edək ki, liqanın turnir cədvəlinə əsasən, yekunda ilk 6 pilləni tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.