“Məşəl” İdman Kompleksində neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında keçirilən 3×3 basketbol üzrə yarışa yekun vurulub. “Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə 12 komandanın heyətində 48 iştirakçı mübarizə aparıb.
Gərgin və maraqlı keçən yarışda qadınlar arasında Sosial İnkişaf İdarəsi finalda “SOCAR Downstream” komandasını 6:5 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində həlledici görüşdə “SOCAR Downstream” “SOCAR Petroleum” komandası üzərində 17:8 hesablı qələbə qazanaraq liderliyə yüksəlib.Təhlükəsizlik İdarəsinin kollektivi isə üçüncü olub.
Qalib və mükafatçı komandalara kubok, diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.