Saxa Respublikasının Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları davam edir.
“Neftçi” İdman Klubunun cüdoçusu Məhəmməd Rüstəmli inamla çıxış edərək yarışın mükafatına layiq görülüb. Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız final qarşılaşmasında məğlub olub və turnirin gümüş medalına sahib çıxıb.