“Neftçi” İdman Klubunun paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. Paralimpiyaçımız bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafata layiq görülüb. İdmançımız finiş xəttini 55,09 saniyəyə keçməklə bu uğura imza atıb.

Xatırladaq ki, Lamiyə Vəliyeva mötəbər yarışın əvvəlki günlərində 100 metr məsafəyə qaçışda qızıl medala sahib olmuşdu.