“Neftçi” İdman Klubunun atleti Lamiyə Vəliyeva Qazaxıstanın Öskemen şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda keçirilən beynəlxalq turnirdə uğura imza atıb. İdmançımızın heyətində yer aldığı komanda 4×200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə turnirin qalibi olub.

Bundan əlavə, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.78 saniyə nəticə ilə Azərbaycan rekordunu yeniləyib.