Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü yarışı keçirilib. Şağan Olimpiya İdman Kompleksində reallaşan turnirdə 100-dən çox cüdoçu mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışı 4 medalla başa vurublar. Cüdoçularımızdan Nəriman Mirzəyev (73 kq), İbrahim Ağakişiyev (90 kq) və Camal Feyziyev (+100 kq) turnirin gümüş medalını qazanıblar. Taryel Şıxəliyev (73 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.