AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupu üzrə liqalarda növbəti turun oyunları keçirilib.

“Neftçi” İdman Klubunun 13 yaşlı futbolçulardan ibarət komandası “Mübariz” kollektivi ilə 1:1, U-12 komandamız isə “Azart” klubu ilə 2:2 hesablı bərabərə qalıb.

Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Ulduzlar Liqasında isə U-15 komandamız “Rəvan”ın kollektivini 6:0 hesabı ilə məğlub edib. 2013-2014-cü il təvəllüdlü futbolçularımız isə “Azəri” komandası üzərində 3:0 hesablı qələbə qazanıb.