• Aprel 8, 2025
  • Redactor Neftchi
  • 0

Bakıda karate üzrə beynəlxalq Qran-pri turniri keçirilib. Yarışda 14 ölkəni təmsil edən 1200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.
“Neftçi” İdman Klubunun yetirmələri yarışın 15 medalına (3 qızıl, 5 gümüş, 7 bürünc) sahib olublar. Karateçilərimizdən qızlar arasında Yağmur Məmmədova (20 kq), oğlanlardan isə Rza Cəbiyev (25 kq) və Elnur Quliyev (60 kq) bütün döyüşlərdən qalib ayrılaraq turnirin qalibi adını qazanıblar.