
Azərbaycan Karate Federasiyasının rəhbərliyi və ənənəvi karate üslubu Şito-Ryu üzrə fəaliyyət göstərən “Badamlı Karate Klubu”nun təşkilatçılığı ilə “Sərhədçi” İdman Mərkəzində keçirilən “Badamlı Kuboku” sona yetib.
Turnirdə 15 rayondan 40-a yaxın klubun heyətində 500-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri də yarışda uğurlu çıxış ediblər. Uşaqlardan ibarət kollektivimiz (Ağakərim Məmmədov, Əhməd Əziz, Nihat Mustafayev, Hacıəli Abdulrahmanov) kumite üzrə komanda yarışında birinci yeri tutub.
Şəxsi kumite yrışlarında Hacıəli Abdulrahmanov (8-9 yaş), Nihat Mustafayev (10-11 yaş) və Əhməd Əziz (12-13 yaş) turnirin qalibi olublar. Yusif Mehdizadə (5 yaş) və Yağmur Məmmədova (8-9 yaş) gümüş, Musa Səmədzadə (6-7 yaş) isə bürünc medal qazanıb.

