20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş X “Arpaçay Open” karate turnirinə yekun vurulub. Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı, Sumqayıt və regionlar da daxil olmaqla, xarici ölkələrdən (Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya) ümumilikdə 65 idman klubunun tərkibində 800-ə yaxın idmançı kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıb.
Turnirdə “Neftçi” İdman Klubunun karateçiləri də təmsil olunublar. İdmançılarımızdan Rza Cəbiyev (23 kq) və Mahir Şəbiyev (kata) inamla çıxış edərək turnirin qızıl medalını qazanıblar. Ramal Farizli (30 kq) ilə Mail Sahilli (37 kq) ikinci, Raul Cəbiyev (20 kq), Fateh İsgəndərli (28 kq) və Nihad Mustafayev (35 kq) isə üçüncü yeri tutub.