“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi İsmayıl Rzayev Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa birinciliyində mükafata layiq görülüb. Səksən iki kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvanımız inamla çıxış edərək finala qədər irəliləyib. O, həlledici qarşılaşmada türkiyəli Alperen Berberə məğlub olub və gümüş medal qazanıb.