Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında “Neftçi” İdman Klubunun təmsilçilərindən kəmər güləşi idman növü üzrə yarışda Mehdi Hacıyev (80 kq) yalnız həlledici final görüşündə məğlub olub və gümüş medala layiq görülüb. Cəsur Mehdiyev (70 kq) və Abdulla Şərif (90 kq) isə bürünc medal qazanıblar.