Azərbaycan Texniki Universitetinin İdman Sarayında Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının “Gənclərin seçimi: Narkomaniyasız dünya” adlı layihəsi çərçivəsində el-1 döyüş növü üzrə respublika turniri keçirilib.
“Neftçi” İdman Klubunun yarışa qatılan təmsilçilərindən Səlahəddin Rəhimov (53 kq), Alim Məmmədov (62 kq) və Ayan Gülməmmədli (50 kq) inamla çıxış edərək yarışın qalibi adını qazanıblar.
Ümumilikdə 100 idmançının mübarizə apardığı yarışda “Neftçi” komanda hesabında üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin tərəfdaşları El-1 idman liqası, “Neftçi” İdman Klubu və Azərbaycan Dövlət Reklam Agentliyidir.