Balaxanı İdman Mərkəzində kunq-fu üzrə yeniyetmə və gənclər arasında Bakı şəhər birinciliyi keçirilib. Yarışda 25 komandadan 270 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə 5 qızıl və 1 bürünc medala yiyələniblər. İdmançılarımızdan Eldar Abıyev (31 kq), Sənan İsgəndərov (36 kq), Hikmət Nəsrullazadə (48 kq), Əbülfəz Yaqubov (60 kq) və Fəridə Quliyeva (45 kq) bütün döyüşlərdən qalib ayrılaraq paytaxt çempionu tituluna sahib olublar. Rəsul Cəbiyev (52 kq) isə Bakı birinciliyinin bürünc medalına layiq görülüb.