Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında pankration, qraplinq və MMA idman növləri üzrə Azərbaycan birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri MMA yarışlarında bir dəst medal qazanıblar. İdmançılarımızdan Ayan Sonayeva (66 kq) bütün rəqiblərini məğlub edib və çempion tituluna sahib olub. Abdulla Şahbazlı (53 kq) gümüş, Leyla Mikayılova (30 kq) isə bürünc medala layiq görülüb.
Qraplinq idman növündə klubumuzun yetirmələri 5 medal əldə ediblər. Onlardan İsa Quliyev (36 kq) və Ayan Sonayeva (66 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Üzeyir Ayvazov (33 kq) ikinci, Zaman Şahlamazov (33 kq) və Muxtar Əhmədzadə (46 kq) isə üçüncü yeri tutublar.