• Aprel 14, 2025
  • Redactor Neftchi
  • 0

Gürcüstanın Batumi şəhərində yeniyetmələr, gənclər və kişilər arasında kuraş üzrə Avropa birinciliyi və çempionatı keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri turnirdə uğurla çıxış edərək 7 medal (3 qızıl, 2 gümüş, 2 bürünc) qazanıblar.
Gənclər arasında təşkil olunan yarışda 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Elgün Şirəlizadə böyük əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərini məğlub edib və Avropa çempionu tituluna sahib olub. Asim Səlimli (+90 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Kişilərin mübarizəsində Xalid Məmmədov (60 kq) və Emin Həsənov (81 kq) məğlubiyyət tanımayaraq qitə çempionatının qalibi olublar. Əhməd Ağayev (73 kq) və Ağani Məmmədov (90 kq) gümüş, Hacalı Qasımov (73 kq) isə bürünc medala layiq görülüb.