Tarix
«Neftçi İdman Klubu» 1937-ci ildə «Neftçi» Könüllü İdman Cəmiyyəti kimi yaranmış, sonralar (1992-ci il) «Neftçi» İdman-Sağlamlıq Mərkəzi olaraq öz işini davam etdirmiş, hal-hazırda isə «Neftçi İdman Klubu» adı altında fəaliyyət göstərməkdədir. Bu qurum tarixən ölkəmizdə bədən tərbiyəsi, idmanın təbliği və inkişafında əhəmiyyətli rol oynayıb. 84 il bundan öncə neftçilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların sağlamlıqlarını qorumaq və kütləvi surətdə idmana cəlb etmək məqsədilə yaranan «Neftçi İdman Klubu»nun əsas fəaliyyəti iki istiqamətdən ibarətdir. Birincisi, neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərin və onların ailə üzvlərinin sağlamlıqlarının keşiyində durmaq, onlara müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətləri göstərməkdir. Neftçilər arasında mütəmadi olaraq respublikamızın əlamətdar tarixi və bayram günlərinə həsr olunan müxtəlif növlər üzrə (mini-futbol, şahmat, dama, nərd, turizm və s.) kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub keçirilir. Bunlardan ən kütləvisi hər ilin sentyabr ayında neftçilərin peşə bayramı ərəfəsində 14 idman növü üzrə keçirilən neft, qaz və kimya sənayesi işçilərinin ənənəvi spartakiadasıdır. Bu mötəbər yarışda 40-a qədər komanda tərkibində 1000-dən artıq neftçi iştirak edir. Məhz bu spartakiadanın qaliblərindən təşkil olunmuş neft və qaz sənayesinin yığma komandası sahə həmkarlar təşkilatlarının respublika spartakiadasında qalib və mükafatçı olmuş, 2005-ci ilin sentyabr ayında Bakıda keçirilmiş MDB ölkələrinin V Beynəlxalq Oyunlarında ümumi hesabda 4-cü, Bakı komandaları arasında isə 1-ci yeri tutmuşdur. Qeyd edək ki, klub 1992-ci ildən neft-qaz sənayesı işçilərinin Spartakiadasını keçirməyə başlayıb və bu ənənə indiyə kimi davam etdirilir.
«Neftçi İdman Klubu»nun digər fəaliyyət istiqaməti isə böyük idman və yüksək dərəcəli peşəkar idmançıların hazırlığıdır. Hələ on illər əvvəl burada təkcə respublikamızda deyil, keçmiş SSRİ-də, hətta Avropada və dünyada məşhur olan futbolçular, atletlər, güləşçilər, ağırlıqqaldıranlar, üzgüçülər, boksçular, voleybolçular və s. yetişmişlər.
İdman aləmində özünəməxsus yeri olan məşhur futbolçular Anatoli Banişevski, Ələkbər Məmmədov, İqor Ponomaryov əfsanəvi voleybolçu İnna Rıskal, tanınmış güləşçi Arif Niftullayev, qılıncoynadan Süleyman Nəbiyev, boksçu Ağacan Abıyev, tennisçi Sergey Lixaçov, yüngül atlet Fərziyyə İsmayılova məhz «Neftçi»nin yetirmələridir. İstər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik qazandığımız illər ərzində mərkəzin təmsilçiləri Azərbaycan idmanının tarixinə şanlı səhifələr yazmışlar. Olimpiya oyunları tarixində Azərbaycanın qazandığı yüksək nəticələrdə də «Neftçi» idmançılarının böyük rolu vardır. Müxtəlif illərdə olimpiadaların qalib və mükafatçıları atlet Yuri Konovalov, beşnövçü Viktor Mineyev, voleybolçular İnna Rıskal və Vera Lantratova, sərbəst güləşçilər Namiq Abdullayev, Toğrul Əsgərov, yunan-Roma güləşçiləri Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimov, cüdoçular Elnur Məmmədli, Mövlud Mirəliyev, boksçu Vüqar Ələkbərov, güllə atıcısı İradə Aşumova, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalib və mükafatçıları yunan-Roma güləşçiləri Murad Bazarov, Elman Muxtarov, Cabbar Nəcəfov, sərbəst güləşçi İqbal Hacızadə, cüdoçular Natiq Qurbanlı, Leyla Əliyeva, taekvondoçu Səid Quliyev, ağırlıqqaldıran Nicat Rəhimov, boksçu Salman Əlizadə, atlet Nazim Babayev, paralimpiya oyunlarının qəhrəmanları Gündüz İsmayılov, İlham Zəkiyev, Oleq Panyutin, Zeyniddin Billalov, Yuriy Qornak, Aleksandr Polişuk, Yelena Taranova, Oluxan Musayev, Vüqar Mehdiyev, Tofiq Məmmədov, Kərim Sərdarov, Rza Osmanov, Ramin İbrahimov, Afaq Sultanova, Vladimir Zayets, Hüseyn Həsənov, Elçin Muradov da klubun yetirmələridir. Bundan əlavə, ayrı-ayrı idman növləri üzrə Avropa, dünya çempionatları və birinciliklərinin, kuboklarının qalib və mükafatçıları Elxan Məmmədov, Mehman Əzizov, Nicat Şıxəlizadə, Kifayət Qasımova, Elman Əsgərov, Ruslan Xairov, Yelena Jemayeva, Teymur Rəcəbov, Eltac Səfərli, Vüqar Həşimov, Vasif Durarbəyli, Janna Muradqızı, Ramil Quliyev, Aliyə Qarayeva, İntiqam Zairov, Həsən Əliyev, İlqar Müşkiyev, Rəsul Çunayev, Hacı Əliyev, Murad Bazarov, Elman Muxtarov, Samir Məmmədov, Murad Məmmədov, İslam Abbasov, Orxan Nuriyev, Ruhin Mikayılov, Mircəlal Həsənzadə, Səbirə Əliyeva və onlarla bu kimi idmançıların da adını fərəhlə sadalamaq olar.
Hal-hazırda «Neftçi İdman Klubu»nun strukturunda 5 idman qurğusu – T.İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman bazası, «Məşəl» İdman Kompleksi, Sumqayıt Təlim-İdman Zalı və Ağsu İdman Kompleksi fəaliyyət göstərir. Bu idman qurğularında idmanın 23 növü üzrə 81 peşəkar məşqçi-müəllim minlərlə yeniyetmə və gənclərə, eləcə də neftçilərə xidmət göstərirlər.
Klub tərəfindən Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, yerli, beynəlxalq federasiyalar, eləcə də digər idman təşkilatları və qurğuları ilə sıx əlaqələr qurulur və əməkdaşlıq edilir.
Klubun əldə etdiyi uğurlar gündən-günə artmaqdadır. Qazandığı yüksək nailiyyətlər sayəsində klub Gənclər və İdman Nazirliyi tərəfindən 2007, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb. Bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman cəmiyyəti olmasının əyani sübutudur.