
“Neftçi” İdman Klubunun güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında bürünc medala sahib olub. Təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə (U-18) solo yarışda üçüncü yeri tutub. O, bürünc medal uğrunda mübarizədə bolqarıstanlı Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.

