Güllə atıcılığl üzrə ölkə birinciliyi sona yetib.
Bakı Atıcılıq Mərkəzində baş tutan yarışda “Neftçi” İdman Klubunun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.
Leyli Əliyeva pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə çalışmada 567 xalla qalib olub. O, kiçikçaplı tapançadan (KÇTÇ-4) 50 metr məsafəyə atəşaçma yarışında da 539 xal toplayaraq (bu, oğlanlar və qızlar arasında ən yüksək xal olub) qızıl medala sahib olub.
Vladislav Kalmıkov isə oğlanlar arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçmada 562 xalla liderliyə yüksəlib.
Qarışıq komanda yarışında (PTÇ-3M) Leyli Əliyeva-Vladislav Kalmıkov cütlüyü 10 metr məsafədə 571 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.