Güllə atıcılığı üzrə federasiya kuboku yarışına yekun vurulub. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda müxtəlif bölgələrdən olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı pnevmatik tapança, tüfəng və kiçikçaplı tapançadan atəş üzrə həm fərdi, həm də qarışıq komanda şəklində mübarizə aparıb.

Pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında “Neftçi” İdman Klubunun təmsilçilərindən Leyli Əliyeva (559 xal) gümüş, Elvin Astanov (569 xal) və Oleq Kerjankin (PTÇ-3, MİX) isə bürünc medal qazanıb.

Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçmada Leyli Əliyeva 570 xalla yenidən ikinci olub. Xanım idmançımız 50 metr məsafəyə yarışmada (540 xal) isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni növdə və məsafədə atəşaçma yarışında Vladislav Kalmıkov 548 xalla kişilər arasında qalib adını qazanıb.