Güllə atıcılığı üzrə Bakı şəhər kuboku yarışına yekun vurulub.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnirdə “Neftçi” İdman Klubunun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər. Atıcılarımızdan Elvin Astanov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçma yarışında 564 xal toplayaraq gümüş medal qazanıb. Vladislav Kalmıkov (529 xal) isə 50 metr məsafəyə çalışmada (KÇTÇ-4) üçüncü yeri tutub. Elvin Astanov və Leyli Əliyevadan ibarət cütlük qarışıq komanda yarışında 10 metr məsafəyə atəşaçmada 554 xalla bürünc medala yiyələnib.