Bakı Atıcılıq Mərkəzində on altı yaşadək (U-16) idmançılar arasında keçirilən güllə atıcılığı üzrə paytaxt birincliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə reallaşan yarışda “Neftçi” İdman Klubunun yetirmələrindən MədinəZəkərəyeva qızlar arasında pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə çalışmada 536 xal toplayaraq gümüş medala sahib olub. Oğlanların mübarizəsində Oleq Kerjankin də (548 xal) eyni uğura imza atıb. Mürsəl Əliyev isə 524 xalla üçüncü yeri tutub.