Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan güllə və stend atıcılığı üzrə Zəfər Kuboku keçirilib. Bakı Atıcılıq Mərkəzində baş tutan turnirdə müxtəlif bölgələrdən olan və fərqli idman klublarını təmsil edən 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb. İştirakçılar güllə atıcılığı üzrə pnevmatik tapança və tüfəng, stend atıcılığı üzrə dairəvi və səngər stendi üzrə həm fərdi, həm də solo formatda bacarıqlarını nümayiş etdiriblər.
“Neftçi” İdman Klubunun təmsilçiləri də yarışda çıxış ediblər və turnirin 5 medalını qazanıblar. Atıcılarımızdan Leyli Əliyeva 1 qızıl (PTÇ-3) və 1 gümüş (PTÇ-3, solo) medala sahib olub. Vladislav Kalmıkov (PTÇ-3, solo) və Elvin Astanov (PTÇ-3) ikinci, Oleq Kerjankin (PTÇ-3, solo) isə üçüncü yeri tutub.