Güllə atıcılığı üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib.
Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda “Neftçi” İdman Klubunun yetirmələri uğurla çıxış ediblər.
Ölkə çempionatında atıcılarımızdan Elvin Astanov pnevmatik tapançadan (PTÇ-3) 10 metr məsafəyə atəşaçmada 565 xal toplayaraq gümüş medala yiyələnib. Təmsilçimiz 25 metr məsafəyə sürətli atışda (KÇTÇ-5) isə 524 xalla üçüncü olub. Qarışıq komanda yarışında (PTÇ-3M) isə Elvin Astanov və Leyli Əliyevadan ibarət cütlük bürünc medala layiq görülüb.
Eyni məkanda baş tutan Azərbaycan birinciliyində Vladislav Kalmıkov kiçik çaplı tapançadan (KÇTÇ-4) 60 metrə çalışmada 556 xal toplayaraq qalib adını qazanıb. Digər idmançımız İmran Qarayev 25 metr məsafəyə sürətli atışda (KÇTÇ-5) 526 xalla gümüş medal əldə edib. Qarışıq komanda yarışında (PTÇ-3M) 10 metr məsafəyə atəşaçmada Oleq Kerjankin – Mədinə Zəkərəyeva cütlüyü ikinci, İmran Qarayev və Xalidə Əliyevadan ibarət cütlük (541 xal) isə üçüncü yeri tutub.