“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Kamran Rəcəbli Qazaxıstanın Çimkənd şəhərində keçirilən beynəlxalq turnirdə mükafatçılar arasında yer alıb. Yetmiş iki kiloqram çəki dərəcəsidə çıxış edən pəhləvanımız akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunan ənənəvi yarışda bürünc medala sahib olub.
Qeyd edək ki, turnirdə Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Çin güləşçiləri mübarizə aparıb.