Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə “Zaqreb Open” beynəlxalq reytinq turnirinə yekun vurulub.
“Neftçi” İdman Klubunun milli komandalarımızın heyətində təmsil olunan güləşçiləri yarışın 9 medalına (3 qızıl, 1 gümüş, 5 bürünc) yiyələniblər.
Sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) turnirin qalibi olub. Nürəddin Novruzov (61 kq) və Əli Rəhimzadə (65 kq) isə üçüncü yeri tutublar.
Qadın güləşçilərinin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib olub. Jalə Əliyeva (57 kq) isə gümüş medala layiq görülüb.
Yunan-Roma güləşçiləri arasında Elmir Əliyev (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qurban Qurbanov (82 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) isə yarışı üçüncü pillədə başa vurublar.