Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-17 Bakı birinciliyi keçirilib.

“Neftçi” İdman Klubunun yetirmələri də yarışda mübarizə aparıblar. Yunan- Roma güləşçilərimizdən Renat Həsənov (110 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əbəlfəz Fərəcli (92 kq) və Turab Muradzadə (110 kq) ikinci, Renat Xeyirovla (71 kq) Cavid Heydərli (80 kq) isə üçüncü yeri tutublar.

Sərbəst güləşçilərimizdən Amin Nəsibov (92 kq) gümüş, Turab Muradzadə (110 kq) isə bürünc medala layiq görülüb.