“Neftçi” İdman Klubunun güləşçiləri Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRICS Sports Games Kazan-2024” beynəlxalq multi-idman oyunlarında 3 medala sahib olublar.
Sərbəst güləşçilərimizdən Orxan Abasov (79 kq) yalnız final görüşündə məğlub olub və gümüş medal qazanıb. Ceyhun Allahverdiyev (61 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Yunan-Roma güləşçilərimizdən 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Məmmədov turnirin bürünc medalına layiq görülüb.